• 05 Fevral 2025 08:51

Rusiya təyyarəsi havada yoxa çıxdı

Rusiyanın Kamçatka vilayətində Milkovo-Ossora marşrutu üzrə kommersiya uçuşu həyata keçirən An-2 təyyarəsi yarımadanın şimalında yoxa çıxıb.

Tacxeber.com xəbər verir ki, bu barədə regionun fövqəladə hallar naziri Sergey Lebedev məlumat verib.

 

İlkin məlumatlara görə, təyyarədə üç ekipaj üzvü olub:

 

“Moskva vaxtı ilə saat 4:45-də göyərtədəki təcili eniş sisteminin 700 metr yüksəklikdə işə düşməsi barədə məlumat daxil olub. Həmin yerə ən yaxın yaşayış məntəqəsi 80 kilometr cənub-cənub-şərqdə yerləşən Klyuçi kəndidir”.

 

Qeyd olunur ki, axtarışların aparılması üçün Tiliçiki kəndindən üç xilasedicisi olan Mi-8 helikopteri havaya qalxıb, Fövqəladə Hallar Nazirliyinin və rayon bölmələrindən əlavə on mütəxəssis göndərilib.

Tacxeber.com

Oxşar xəbərlər