Ərdoğan əsirlikdən azad etmişdi, Zelenski səfir göndərir
Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin diplomatik sektorunda kadr dəyişiklikləri etdiyinə dair videomüraciət ünvanlayıb.
Tacxeber.com xəbər verir ki, Ukrayna lideri Türkiyə, NATO və BMT-yə yeni səfirlərin təyin edilməsini böyük diplomatik addım kimi qiymətləndirib.
Təyinatlara əsasən Nəriman Cəlal – Türkiyəyə, Alena Getmançuk-NATO-ya, Andrey Melnik isə BMT-yə səfir gedir.
Nəriman Cəlal Krım-tatar əsilli ukraynalı politoloq, müəllim, fəal və jurnalistdir.
2021-ci ildə Krımda rus ordusu tərəfindən saxlanılaraq evində axtarış aparılıb.
2024-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə əsirlikdən azad edilərək, Ukraynaya təhvil verilib.
Alena Getmançuk Yeni Avropa Mərkəzinin təsisçisi və Alyansın Avrasiya Mərkəzində (ABŞ) müstəqil baş analitikdir.