Rusiyada çoxarvadlılığa icazə VERİLDİ – Bəs Azərbaycanda?
Rusiyada müsəlmanlara dini nikahla çoxarvadlılığa icazə verilib.
Rusiya Müsəlmanları Ruhani İdarəsinin şura sədrinin müavini Moskva müftisi İldar Alyautdinov qeyd edib ki, Rusiyadakı müsəlmanlara dördə qədər dini nikaha girməyə icazə veriləcək. Əsas şərt isə odur ki, ər bütün arvadlarla ədalətli və bərabər davransın. Bunların arasında bütün arvadlar üçün bərabər maddi təminat, onların hər biri üçün ayrıca mənzil verilməsi, ərin bütün həyat yoldaşları ilə razılaşma ilə müəyyən edilmiş qaydada bərabər vaxt keçirməsi daxildir.
Rusiyada icazə verilən çoxarvadlılığa əslində ölkəmizdə də rast gəlinir. Bunu dini nikahlar vasitəsilə qeyri-rəsmi gizlin həyata keçirən şəxslər var.
Bəs, çoxarvadlılıq Azərbaycanda leqallaşdırıla bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Ceyhun Məmmədov Rusiyadakı icazənin Azərbaycanla eyniləşdirilməsini düzgün hesab etmir:
“Azərbaycanda dini nikahın qadağan olunmasıyla bağlı heç bir məsələ yoxdur. Bizdə dini nikahdan öncə rəsmi nikahın bağlanması tələb edilir. Bu, olduqca önəmlidir. Yəni, dini nikah rəsmi sayılmır, təcrübə də göstərir ki, bir sıra hallarda bu nikah bağının pozulmasına haqq verir, sonradan heç bir tələb irəli sürülə bilmir. Bu prosesi elə tənzimləyirik ki, gələcəkdə bizim üçün əlavə məsələlər yaratmasın.