• 22 Dekabr 2024 05:55

Almaniyada faciəni törədən Səudiyyə Ərəbistanı vətəndaşıdır

Almaniyanın Maqdeburq şəhərində Milad bazarına avtomobillə girərək 11 nəfərin ölümünə, 60-dan çox insanın isə yaralanmasına səbəb olan şəxsin kimliyi  üzə çıxıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumatlar paylaşır.

Hadisəni törədənin 50 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Taleb A. olduğu qeyd edilir. Onun Almaniyadakı klinikalardan birində  həkim olduğu iddia edilir. Xəbərdə o da bildirilir ki,  Taleb A. 2006-cı ildən Almaniyada yaşayıb.

Qeyd edək ki, dünən Almaniyanın Maqdeburq şəhərində bir nəfərin avtomobilini Milad bazarında toplaşan camaatın arasına sürməsi nəticəsində 11 nəfər ölüb, 60-dan çox insan yaralanıb. Xəsarət alanlardan 15-nin vəziyyətinin ağır olduğu bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər