Türkiyədən Rusiyaya ƏSƏD ÇAĞIRIŞI: “Dəstəyi dayandır, faydasız olacaq”
Türkiyə Rusiyadan Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejiminə dəstəyi dayandırmağa çağırır və bu dəstəyin uzunmüddətli perspektivdə faydasız olduğunu sübut etməyə çalışır.
Tacxeber.com xəbər verir ki, bu barədə “Washington Post” mənbəyə istinadən yazır.
Suriya üsyançılarının hücumunun ilk günlərində Moskva “Heyəti Təhriri əl-Şam” qruplaşmasının planlarını öyrənmək üçün Ankara ilə əlaqə saxlayıb. Eyni zamanda, Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarını Rusiyaya qarşı çevirmək riskləri səbəbindən Moskvaya silahlı müxalifətə zərbələrdən imtina etməyi tövsiyə edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan da öz növbəsində bildirib ki, Ankara Moskvanı bölgədəki şərtlər dəyişdiyi üçün Əsəd rejimini dəstəkləməkdən imtina etməyə çağırıb.