• 23 Noyabr 2024 05:55

Prezident sərhəddəki vəziyyətlə bağlı müşavirə keçirdi – Xüsusi xəbər

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib.

Prezident sərhəddəki vəziyyətlə bağlı müşavirə keçirdi - Xüsusi xəbər

Tacxeber.az   AZƏRTAC-a istinadən xəbər verir ki, müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib.

Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir.

Tacxeber.az

Oxşar xəbərlər