• 23 Dekabr 2024 20:30

Bu da 1 milyonluq sual – İştirakçı cavab verə bilmədi

Bu da 1 milyonluq sual - İştirakçı cavab verə bilmədi
 

“Milyonçu?” müsabiqəsində 1 milyonluq sual açılıb.

 

Milli.Az xəbər verir ki, Oktay Kaynarcanın aparıcılıq etdiyi “Milyonçu?” müsabiqəsində iştirakçı suallara düzgün cavab verərək 1 milyonluq suala çatıb.

 

“Kim Milyoner Olmaq İstər?” yarışmasının yeni buraxılışında uzun müddətdən sonra 1 milyonluq sual iştirakçını çətin qərar verməyə məcbur edib. Ece Su Ürker adlı iştirakçı cavab verməyib 500 min TL ilə yarışmadan ayrılmaq qərarı alıb.

 

“Cumhurbaşkanlığı forsu və armasında, Türkiyəni təmsil edən günəşin ətrafındakı 16 ulduzun təmsil etdiyi 16 Türk dövləti arasında hansısı yoxdur?” sualına cavab verməyərək yarışmadan çəkildi. Doğru cavab “Anadolu Səlcuqlu Dövləti” idi. İştirakçı davam etsəydi “Batı Hun İmperiyası” cavabını seçəcəyini açıqladı.

 

Qeyd edək ki, cumhurbaşkanlığı forsu və arması, Türkiyənin dövlət başçısını simvollaşdıran və ölkənin dövlət gücünü nümayiş etdirən rəsmi emblemlərdir.

 

Cumhurbaşkanlığı forsu, dövlət başçısının istifadə etdiyi bayraqdır və dövlətin rəmzi olaraq prezidentin səlahiyyətlərini təmsil edir. Forusun mərkəzində 16 ulduzlu bir günəş və onu əhatə edən ulduzlar var. Bu ulduzlar Türk dünyasının 16 qədim və müasir dövlətini simvollaşdırır.

 

Cumhurbaşkanlığı arması isə dövlətin simvoludur və adətən rəsmi tədbirlərdə, dövlət qurumlarında və prezidentin ofisində istifadə edilir. Arma da 16 ulduz və mərkəzdəki günəşdən ibarətdir, dövlətin gücünü, müstəqilliyini və tarixini əks etdirir.

Tacxeber.com

Oxşar xəbərlər