Prokuror “Kanal 11”in direktoruna 9 il cəza istədi.
“Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Tacxeber.com Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fariz Rzayev ittiham nitqi ilə çıxış edib.
Dövlət ittihamçısı Teymur Kərimovun 9 il, İstək Totiyevanın isə 3 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
O, İstək Totiyevanın barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalından həbs edilməsini istəyib.
Növbəti proses dekabrın 28-də davam edəcək.
Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Teymur Kərimov və İstək Totiyeva hədə-qorxu yolu ilə zərərçəkmişlərdən pul tələb etməkdə təqsirli bilinirlər.
İstək Totiyevanın barəsində cinayət işi başlanılıb, başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.