Saxta iş elanı ilə dələduzluq edən şəxs tutuldu
Sosial şəbəkələrdə uşaq baxçalarında işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitləri ələ keçirən şəxs müəyyən olunub.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, dələduzluq əməllərində şübhəli bilinən daha bir nəfər – 1995-ci il təvəllüdlü Mirnicat Əmirov saxlanılıb.
O, əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib və həmin pulları nağdlaşdırıldıqdan sonra zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb.
Şübhəli şəxsən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.