• 24 Dekabr 2024 05:41

Ermənilərdən “Dubay şokoladı” ilə bağlı şok: Şuşa detalı – Foto/Video

Ermənilər növbəti dəfə yeni bir iddia ilə sosial şəbəkələrdə diqqətləri üzərlərinə çəkməyi bacarıblar.

 

Tacxeber.com Globalinfo.az-a istinadla xəbər verir ki, X platformasında erməni səhifələrindən biri son zamanlarda dünyada məşhur olan “Dubay şokoladı”nın əslində erməni şirniyyatı olduğunu iddia edib.

 

Səhifənin paylaşımında Sultan Şahqulu Ustaçlıyan adlı erməni tarixçinin 16-cı əsrdə yazdığı mətnlərdə həmin dövrdə məşhur olan şokoladın reseptini qeyd etdiyini bildirilib. Ustaçlıyanın 5 əsr əvvəl ermənilərin Şuşada püstə və fındıqla şokoladı qarışdıraraq şirniyyat hazırlandığını, bunun o zamanlarda çox məşhur olduğunu vurğuladığı bildirilir. Hətta səhifə “Dubay şokoladı”nın əsl adının “Şuşa şokoladı” olduğunu yazıb. İddiaya bir neçə erməni də dəstək verib.

 

Sözügedən paylaşım sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bu iddia “gülünc” adlandırılıb və ciddi şəkildə tənqid edilib.

 

Xatırladaq ki, Şuşa şəhərinin yaşı 3 əsrdən azdır. Bura 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salınıb.

 

Tacxeber.com

Oxşar xəbərlər