Gürcüstanda soydaşlarımız etiraza qalxdı: Əxlaqsızı qovun!
Gürcüstanda soydaşlarımız etiraza qalxdı: Əxlaqsızı qovun!
Gürcüstanın Marneuli rayonunun Alqeti ərazi birliyinin Əzizkənd ictimai məktəbinin müəllimləri və kənd sakinləri təhsil ocağından müəllimə A.N.-nın uzaqlaşdırılmasını tələb ediblər. Onlar bu məqsədlə kənddə etiraz aksiyası keçiriblər.
Tacxeber.az Publika.az-a istinadən verdiyi xəbərə görə, onlar sözügedən şəxsi əxlaqsızlıqda günahlandırırlar və məktəbdən uzaqlaşmasını kəskin şəkildə tələb edirlər.
Etirazçı müəllimlər və kənd sakinləri eyni zamanda bildirir ki, adı cinayət işlərində hallanan Əzizkənd məktəbinin sabiq direktoru və Marneuli Resurs Mərkəzinin keçmiş rəhbəri Zabil Qocayev yenidən məktəbə qayıtmağa cəhd edir.
Yerli sakinlər və müəllimlərin sözlərinə görə, Zabil Qocayev ilə A.N-nın intim görüntüləri yayılmışdı və elə bir müəllimənin bu məktəbdə bizim övladlarımıza təhsil verməsini istəmirik.
Məktəbin həyətində etiraz edən müəllimlər jurnalistlərə müsahibəsində deyib ki, Zabil Qocayev onları söyüb.
“Bizim burada toplanıb etiraz etməyimiz ilə bağlı az əvvəl Zabil Qocayev məktəb direktoru Təmkin Nağıyevə zəng edib. Təmkin Nağıyev bildirdi ki, Zabil Qocayev deyir ki, o, sizin hamınızı söyüb…”,- etirazçı müəllimlər deyib.
Əzizkənd sakinləri aidiyyatı qurumların müvafiq məsələyə baxmadığını qeyd edib və A.N., eləcə də Zabil Qocayev yenidən fəaliyyətə başlasa, övladlarını dərsə buraxmayacaqlarını bildiriblər.
Xatırladaq ki, ötən ilin sentyabrın 1-də Marneuli rayonunun Alqeti ərazi birliyinin Əzizkənd ictimai məktəbinin müəllimləri və kənd sakinləri sözügedən məsələ ilə bağlı etiraz aksiyası keçiriblər.