Prezident: Şərtlərimiz qəbul edilməzsə, Gürcüstanda çevriliş edəcəyik
Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyası və müxalifət yeni parlament seçkilərinin təyin edilməsi ilə bağlı kompromis əldə etməsələr, o zaman Gürcüstan “rejimin devrilməsi” ilə üzləşəcək.
Tacxeber.com xəbər verir ki, o bunu “İnterpressnews”a videomüraciəti zamanı deyib.
“Böhran elə bir mərhələyə çatıb ki, bizim başqa seçimimiz qalmayıb”, – prezident bildirib.