• 25 Dekabr 2024 23:08

Tovuzda yenə də kütləvi zəhərlənmə.

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

 

Tacxeber.com xəbər veriri  ki, zəhərlənmə Tovuz rayonunda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Bu haqda TƏBİB məlumat verib.  Belə ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.12.2024-cü il tarixində saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsi ilə çağırış daxil olub.

 

Məlumatda bildirilir ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

“8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”. (APA)

 

Tacxeber.com

Oxşar xəbərlər