SON DƏQİQƏ: Türkiyədə minimum əməkhaqqı 22 min lirə oldu
Türkiyədə 2025-ci ildə qüvvədə olacaq minimum əməkhaqqının müəyyənləşdirilməsi üçün işlər tamamlanıb.
Tacxeber.com xəbər verir ki, bu barədə ölkənin Əmək və Sosial Müdafiə naziri Vedat İşıkhan Minimum Əməkhaqqının müəyyən edilməsi komissiyasının 4-cü iclasında açıqlama verib.
O bildirib ki, minimum əməkhaqqı 1 yanvar 2025-ci il tarixindən etibarən 22 min 104 türk lirəsi (təxminən 1066 AZN) olacaq.
Qeyd edək ki, 2024-cü ildə Türkiyədə minimum əməkhaqqı 17 min 02 lirə təşkil edirdi.