Təcili: AZAL-ın təyyarəsində sağ qalanlar var!
Aktauda təyyarənin qəzaya uğradığı yerə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası gəlib.
Tacxeber.com xəbər verir ki, təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.
Qazaxıstan mediasının məlumatına görə, hazırda zərərçəkənlər dəqiqləşdirilir; ilkin məlumatlara görə, sağ qalanlar var.
AZAL məlumat yayıb ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.