• 26 Dekabr 2024 18:28

AZAL təyyarəsinin göydə VURULMA ehtimalı nə qədərdir? -Təqaüddə olan PİLOTDAN AÇIQLAMA

Bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb. Qəzanın baş verməsi səbəbi barədə versiyalar isə müxtəlifdir. İlkin versiya təyyarənin quş sürüsü ilə qarşılaşması göstərilir. Bəs görəsən bu nə qədər realdır? 

Mövzu ilə bağlı təqaüddə olan türk pilot, kapitan, qəza araşdırma mütəxəssisi Eyyub Turşucu Moderator.az -a danışıb. O bildirib ki, təyyarənin vurulmuş ola bilməsi də mümkündür:

 

 “Bunu hələlik təsdiqləmək mümkün deyil. Biz rəsmi açıqlamanı gözləməliyik. Mövcud məlumatlar və fotoşəkillər təyyarənin uçuş-enmə zolağına deyil, uçuş-enmə zolağına 3 km qalmış yerə endiyini və qəzanın orada baş verdiyini göstərir. Odur ki, təyyarədəki qara qutu, səs yazıcı avadanlıq, uçuş məlumatları qeyd edən qurğular qəza araşdırması mütəxəssisləri tərəfindən qiymətləndirildikdən sonra onun hansı səbəbdən qəzaya uğradığı aydın şəkildə ortaya çıxacaq. Qəzada həyatını itirənlərə Allahdan rəhmət, qardaş Azərbaycana və Azərbaycan Hava Yollarına səbir, dözüm, yaralananlara şəfalar arzulayıram.

 

Onu da qeyd edim ki, bu kimi qəzalar tarixdə çox baş verib. Misal üçün bir il əvvəl Yaponiyanın Tokio hava limanında Airbus 350 təyyarəsi eniş edərkən uçuş-enmə zolağına səhv daxil olan təyyarəyə çırpılıb və kiçik təyyarədə olan 5 nəfər ölüb. Lakin təxminən 300 sərnişinin demək olar ki, heç birinin burnu qanamadan sağ qurtarıblar. Dünyada buna bənzər bir neçə nümunə var”.

Tacxeber.com

Oxşar xəbərlər