• 27 Dekabr 2024 01:38

Zaxarova erməni jurnalistin CAVABINI VERDİ: “Qarabağda Azərbaycan bayrağı dalğalanır”

“Xatırladığım qədər Qarabağda Azərbaycan bayrağı dalğalanır. Görürəm ki, bununla razılaşırsınız”.

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə erməni jurnalistin Suriya və Qarabağda Rusiya bayrağının əvəzinə Türkiyə bayrağının dalğalanması ilə bağlı sualına cavabında bildirib.

“Mən artıq Ermənistan rəhbərliyinin bu məsələyə – İrəvanın Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanımasına münasibət bildirmişəm”, – Zaxarova qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər