• 29 Dekabr 2024 05:51

“Özünü qurban verdin, günahkarları tapdın” – Kapitanın qızı

AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olan kapitan İqor Kşnyakinin qızı atası ilə bağlı paylaşım edib.

 

Tacxeber.com xəbər verir ki, mərhum pilotun qızı bunları yazıb:

 

“Ata, sən mənim qəhrəmanımsan.. Həmişə ürəyimdə olacaqsan. Onlarla insanın həyatını xilas etmək üçün hər şeyi etdin, özünü qurban verdin, günahkarları tapdın. Sən çox güclüsən, həmişə fəxr edəcəm ki, belə bir atam var.

 

Çox şən idin, həmişə bizim üçün hər şeyi edirdin, xoşbəxt olmağımızı istəyirdin. Ən yaxşı atasan! Ümid edirəm ki, sən cənnətdə olacaqsan. Allah rəhmət eləsin”.

 

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə 38 nəfər, o cümlədən 26 Azərbaycan vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb. Həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilərək Azərbaycan gətirilib, yaralılardan isə səhhəti qənaətbəxş olan 14 nəfər vətənə gətirilib.(axşam.az)

Tacxeber.com

Oxşar xəbərlər