Çeçenistanda təyyarə qəzası ilə əlaqədar matəm elan edildi.

Dekabrın 28-də Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Çeçenistan Respublikasında matəm elan edilib.
Tacxeber.com “Chechnya Today”ə istinadən xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov sərəncam imzalayıb.
“2024-cü il dekabrın 25-də Qazaxıstan Respublikasının Aktau vilayətində Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” təyyarəsinin aviasiya qəzası ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Qərara alıram ki, 2024-cü il dekabrın 28-də Çeçenistan Respublikası ərazisində matəm elan edilsin”, – sənəddə deyilir.