• 23 Noyabr 2024 04:39

“Qarabağ” ölkədəki vəziyyətə görə həvəslə oynayacaq” – Antuan Kombuare

“Nant”ın baş məşqçisi Anutan Kombuare Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la Bakıdakı oyundan öncə mətbuat konfransı təşkil edib.

"Qarabağ" ölkədəki vəziyyətə görə həvəslə oynayacaq" - Antuan Kombuare

Mütəxəssis bu gün yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib:

“Təhlükə hər zaman var. Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik. Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. “Qarabağ”ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə həvəslə oynayacaqlar. Biz də yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Liqa 1 və Avropa Liqası arasında fərq qoymuruq”.

Kombuare “Qarabağ”ı yaxşı analiz etdiklərini bildirib: “Qarabağ”ın əvvəlki matçlarını izləmişik. Rəqibin avrokuboklarda nə qədər təcrübəyə malik olduğunu bilirik. Onlar asanlıqla hücuma keçirlər. Bunun üçün hazırlıq görmüşük. Rəqibin hücumlarının qarşısını almağa çalışacağıq. Buraya yaxşı oyuna görə gəlmişik. “Qarabağ” motivasiyalı olacaq. Bunu bilirik. Sadəcə, oyunumuzu keçirib evimizə qayıdacağıq. Ard-arda matçlarımız var, istirahət edə bilmirik. Amma hər bir oyunçunun qarşısında həvəslə və tam güclə oynamaq tapşırığı qoymuşam. Əlimizdən gələni etməli, bütün gücümüzü qoymalıyıq”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nant” qarşılaşması saat 20:45-də başlayacaq. /Qol.az

Tacxeber.az

Oxşar xəbərlər