Öskürək şikayəti ilə həkimə gedən qadın 20 dəfə əməliyyat olundu
34 yaşlı sosial media fenomeni Yekaterina Badulina soyuqladığını düşünərək xəstəxanaya gedəndə dəhşətli həqiqəti öyrənib.
Tacxeber.com E-saglam.az-a istinadən xəbər verir ki, həkimlər, təngnəfəslik və öskürək şikayətləri ilə xəstəxanaya müraciət edən qadının ağciyərində əvvəlki əməliyyatdan qalan bir metal yay (tibbi cihaz) aşkar ediblər.
Qadın, nəfəs darlığı və yüksək hərarət səbəbindən xəstəxanaya müraciət edib. Vəziyyətinin pisləşməsi səbəbindən pnevmoniyaya tutulduğundan şübhələnirdi.