Çindən gələn mallarda yeni təhlükə! – “TEMU” dayandırılır?
Çində ortaya çıxan yeni virusla bağlı məhdudiyyətlər ortaya çıxacağı haqda iddialar yayılmağa başlayıb. Çünki sözügedən xəstəlik hava-damcı yolu ilə yayılır. Bu zaman bir məsələ gündəmə gəlir. Azərbaycan və Çin arasında ticari əlaqələr mövcuddur. Bu ərazidən ölkəmizə mallar idxal olunur. Həmçinin, “TEMU” alışveriş platforması da bir çox ölkədə olduğu kimi Azərbaycanda da geniş istifadə olunur.
Bu zaman istehlakçılar üçün hər hansı təhlükələr mövcuddurmu? Bu ölkədən alış-veriş bir müddət dayandırılmalıdırmı?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Sabah”a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Bir halda ki, virus hava damcı yolu ilə yayılır, deməli, mallarla, xidmətlərlə ölkəmizə belə bir virusun keçməsi mümkün ola bilməz. Yalnız bu işləri görən, yəni ticarətlə məşğul olan insanların gediş-gəlişi ilə sözügedən virus yayıla bilər. Lakin bütün bu hallarda, Çinlə ticarəti dayandırmaq olmaz. Bu, mümkün deyil. Bu, Azərbaycan iqtisadiyyatına böyük zərbə olar. Nəzəri cəhətdən həmin prosesi həyata keçirmək mümkün deyil”.
E.Hüseynov insanları diqqətli olmağa səsləyib: