• 23 Noyabr 2024 04:58

Zelenski elan etdi: “Demək olar ki, bütün bölgə azad edilib”

Zelenski elan etdi: “Demək olar ki, bütün bölgə azad edilib”

Zelenski elan etdi: "Demək olar ki, bütün bölgə azad edilib”

“Bu gündən etibarən demək olar ki, bütün bölgə azad edilib”.

Tacxeber.az xəbər verir ki, bunu Xarkovdan qayıdan Ukrayna prezidenti Vladimir Zelenski xalqa gündəlik müraciətində deyib.

Zelenski bildirib ki, bu, Ukrayna döyüşçülərinin görünməmiş bir hərəkəti idi, ukraynalılar bir daha çoxlarının qeyri-mümkün hesab etdiyi şeyi edə bildilər: “Yalnız aktiv əməliyyatların ilk günündə qoşunlarımız 19 kilometr irəliləyib. 5 gündür davam edən toqquşmalarda 110 kilometr məsafə qət edilib. Ümumilikdə 400-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edilib. Bu bölgədə qalan 150 min ukraynalı indi adi, təhlükəsiz, normal həyatın necə olduğunu yenidən hiss edir”.

Ukrayna prezidenti qeyd edib ki, həm ukraynalı, həm də xarici jurnalistlərin azad edilmiş ərazilərə çıxışı var: “Dünya bu dağıntıları görməli və Rusiyanın ukraynalılara vurduğu ağrıları hiss etməlidir. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarına işğalçılar tərəfindən qətllər, işgəncələr və adam oğurluğu ilə bağlı məlumatlar daxil olur”.

Tacxeber.az

Oxşar xəbərlər