Qışda papaqsız gəzənlərə həkimdən XƏBƏRDARLIQ
İmmun sisteminə böyük zərbədir…
Payız və qışda papaqsız gəzmək sağlamlıq problemlərinə səbəb olur.
Tacxeber.com xəbər verir ki, bunu “Hemotest” laboratoriyasının həkim-eksperti Aleksandra Fileva “LIFE.ru”ya bildirib. Onun sözlərinə görə, başda temperaturun dəyişməsindən qoruya biləcək dərialtı piy qatı yoxdur.
“Məsələ burasındadır ki, başda temperaturun dəyişməsindən qoruyan dərialtı yağ təbəqəsi yoxdur. Faktiki olaraq, soyuqdan qoruyacaq heç nə yoxdur. Əgər başınız donursa, bu, sadəcə xoşagəlməz hiss deyil. Bədən istiliyinin çox hissəsini baş vasitəsilə itirir, buna görə də başdakı hipotermiya immunitet sisteminə ciddi zərbədir”, – həkim izah edib.