Məzahir Pənahov: Səyyar seçki qutuları təşkil ediləcək
Məntəqələrə müəyyən səbəblərdən gələ bilməyən şəxslər üçün səyyar seçki qutuları təşkil ediləcək.
Tacxeber.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, bu, Seçki Məcəlləsinin tələbidir:
“Bundan başqa, hərəkət qabiliyyəti məhdud vətəndaşlar panduslar vasitəsilə də seçki məntəqəsinə gətirilərək səsvermə prosesində iştirak edə biləcəklər”.