• 11 Yanvar 2025 19:37

Qızdırıcının qarşısındakı pərdəni kənara çəksək, ev isinərmi? – Video

Yəqin ki, sizin də evinizdə radiatorlar toxunduğunuz zaman əl yandırsa da, evin soyuq olmasını müşahidə etmisiniz.

 

Tacxeber.com“Gloob”a istinadla xəbər verir ki, bir çox insan bu problemi həll etmək üçün radiatorun qarşısını kəsən pərdələri kənara çəkir.

 

Bəs doğrudan da bu üsul evi qızdırmağa kömək edirmi?

 

Radiatorlar aşağı hissədən soyuq havanı çəkib üst hissədən isti havanı otağınıza paylayır. Ancaq radiatorların qarşısını və ya üstünü bağlayan pərdələr isti havanı pərdə ilə pəncərə arasında saxlayaraq otağın isinməsinə mane olur.

 

Termal kameralarla aparılan testlər bu istiliyin yuxarıya doğru toplandığını göstərir. Yəni eviniz isinmirsə, problem pərdələrinizdə ola bilər.

 

Bu problemi həll etmək üçün pərdələrinizi radiatorlardan bir az yuxarıda saxlaya və ya hava sirkulyasiyasına mane olmayan pərdələrdən istifadə edə bilərsiniz.

 

Oxşar xəbərlər