İnsanların beyninə ÇİP yerləşdilir, 2025-ci ildə… – Maskdan AÇIQLAMA
ABŞ-da texnoloji irəliləyişlərə öncülük edən “Neuralink” şirkəti insan beyninə çip implantasiya prosesində yeni bir mərhələyə qədəm qoyub. Şirkət üçüncü şəxsə beyin çipi yerləşdirərək, bu sahədəki təcrübələrini genişləndirməyə davam edir.
Tacxeber.com xəbər verir ki, Las-Veqasda keçirilən texnologiya konfransında çıxış edən İlon Mask, artıq üç şəxsin beynində Neuralink çipinin mövcud olduğunu və onların uğurla fəaliyyət göstərdiyini vurğulayıb.
Maskın sözlərinə görə, bu texnologiya həm nevroloji problemlərin həlli, həm də insan-makina interfeyslərinin inkişafında mühüm rol oynayacaq.