Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova komadan ayılmayıb və vəfat edib.
Tacxeber.com xəbər verir ki, bu barədə Modern.az-a mərhumun ailəsi məlumat verib.
Ailənin sözlərinə görə, əməliyyatdan sonra Nəzrinin vəziyyəti sürətlə pisləşib və beyninə çirk yayılıb.
Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra onun vəziyyəti ağırlaşıb. Koma vəziyyətində xəstəxanaya yerləşdirilən Nəzrin Mansurovanın həyatı xilas etmək mümkün olmayıb.
Hazırda Nəzrin Mansurovanın ölümünün səbəbləri ilə bağlı araşdırmalar davam edir.