Qadın döyüşçü nokauta düşdü, məşqçisini vurdu – VİDEO
UFC-də mübarizə aparan rusiyalı Viktoriya Dudakova uduzduğu döyüşdən sonra məşqçisi Həsənəli Həsənəliyevi vurub.
Tacxeber.com xəbər verir ki, Vegas-101 turnirində rusiyalının rəqibi amerikalı Fatima Kleyn olub. İkinci raundda Dudakova texniki nokautla məğlib olub. Görüş bitdikdən sonra Dudakova ilə Həsənəliyev arasında münaqişə yaranıb. “Sən heç gəlmədin, oturmusan. Sənin vecinə deyil”, – deyə Viktoriya məşqçisinə deyib.