Təyyarə qəzaları buna görə çoxalıb? – TƏƏCCÜBLƏNDİRƏN MƏQAM
Son dövrlərdə təyyarə qəzalarının artması suallar doğurur. Əsasən texniki nasazlıqlar, pilot səhvləri və hava şəraiti kimi faktorlarla izah edilən bu hadisələr, son dövrlərdə fərqli bir perspektivdən də müzakirəsinə rəvac verib. Kiberhücumların aviasiya təhlükəsizliyinə təsiri ehtimallara daxil edilməyə başlanıb.
Kiberhücumların aviasiya sahəsindəki təsirləri həqiqətən böyükdür, yoxsa bu sadəcə texnologiyanın gətirdiyi labüd şübhələrdən biridir?
Yenisabah.az məsələni informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayevlə müzakirə edib. Ekspert bildirib ki, rəqəmsallaşma inkişaf etdikcə, kiberhücumların sayı da artır:
“Hava gəmilərinə, hava yollarına edilən kiberhücumlar da çoxalır. Bu barədə tam dəqiq məlumat vermək qəliz məsələdir. Çünki texniki nasazlıq və qəza hallarının kiberhücumlardan meydana gəldiyini araşdırmaq lazımdır. Bu isə başqa bir məqamdır. Lakin bu səbəblərin içində kiberhücumlar da yer alır”.
İKT mütəxəsisi kiberhücumların hava yollarına necə təşkil edilməsi barədə danışıb:
“Hava yollarına edilən kiberhücumlarla təyyarələrin istiqamətini, koordinatlarını və uçuş müddətlərini dəyişmək olur. Sözügedən proses isə sistemə zərərli fəaliyyət yeridilməklə həyata keçirilir. Ola bilər ki, həmin sistemin şəbəkəyə əlaqəsi var və birbaşa şəbəkədən oraya müdaxilə olsun. Digəri isə hər hansı bir sosial mühəndislik və şəxs vasitəsilə zərərli proqram təminatının sistemə yeridilməsi ilə baş verir. Proqram təminatı bütün məlumatları qarşı tərəfə ötürə bilər. Buna virus deyilir”.
A.Rzayev kiberhücumların təməlində dayanan faktorları sadalayıb:
“Sistemdə boşluq olma ehtimalı da kiberhücumlara səbəb ola bilir. O boşluqdan istifadə edərək digər sistemlərə keçid edilib və bununla da hava yollarına müdaxilə edilir.