• 15 Yanvar 2025 13:15

İsrail hərbçiləri döyüşdən imtina etdi – Sensasion şərt

İsrail ordusunun 200-ə yaxın hərbçisi Qəzzada atəşkəs imzalanmayacağı təqdirdə xidmətdən imtina edəcəkləri barədə açıq məktub yayıblar.

 

Tacxeber.com xəbər verir ki, bu barədə AP-yə israilli əsgərlərdən biri deyib.

“Müharibə cinayəti törətmişəm və buna görə təəssüflənirəm. Qəzzada döyüşməkdən imtina edirik. Qəzzada gördüklərimizi qəbullanmaq uzun vaxt aldı. Hərbçilər hədiyyəlik əşya toplamaq üçün evləri qarət etdi”, – deyə o bildirib.

Qeyd edək ki, son günlər İsrail və HƏMAS nümayəndələri arasında vasitəçilərin iştirakı ilə Qəzzada atəşkəslə bağlı intensiv danışıqlar aparılır.

 

Tacxeber.com

Oxşar xəbərlər