• 15 Yanvar 2025 13:42

Ərimin dedikləri və ya etdikləri ilə həmişə razılaşmıram” –  Melaniya Tramp

Melaniya Tramp daha 4 il prezidentin həyat yoldaşı rolunu oynamağa hazırlaşarkən “özünün ayaq üstündə dayanır”.

 

Tacxeber.com bildirir ki, yanvarın 20-də əri, seçilmiş prezident Donald Trampla birlikdə Ağ evə qayıdacaq keçmiş birinci xanımdan “Fox News”un müxbiri Eynsli  Erhardt, Trampın birinci müddətinə nisbətən bu rolda özünü “fərqli” hiss edib-etmədiyini soruşub.

 

“Mən həmişə ilk dəfə özüm olmuşam, sadəcə hiss edirdim ki, insanlar məni qəbul etmirlər. Onlar məni indi anladığı kimi başa düşmürdülər. Mənim xüsusi  dəstəyim yox idi”, – 54 yaşlı Melaniya deyib.

 

“Bəlkə də bəziləri məni sadəcə prezidentin həyat yoldaşı kimi görür. Amma mən öz ayaqlarım üzərində dayanıram, müstəqiləm”, –o bildirib. “Mənim öz fikirlərim, öz “bəli” və “xeyrlərim” var. Mən həmişə ərimin dedikləri və ya etdikləri ilə razılaşmıram və bu, normaldır”.

 

Gələcək birinci xanım həmçinin əri ilə razılaşmayanda onu rahat hiss etdiyini söyləyərək, ona öz nöqteyi-nəzəri əsasında məsləhətlər verdiyini bildirib. “Bəzən qulaq asır, bəzən də yox. Və bu normaldır”, – Melaniya vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər