Hüseynbala Mirələmovun səhhəti pisləşdi – Türkiyəyə aparıldı
Keçmiş deputat, yazıçı Hüseynbala Mirələmov hazırda Türkiyədə xəstəxanadadır.
Tacxeber.com xəbər verir ki, bu barədə Modern.az-a onun özü bildirib.
“Hazırda Türkiyədə xəstəxanadayam. Heç cür danışmağa imkan yoxdur”,- deyə sabiq deputat ona zəng edən əməkdaşımıza bildirib.
Yazıçıdan xəstəliyinin nə olduğunu soruşduqda, o, sualımıza cavab verməkdən yayınıb və “nə isə” deməklə kifayətlənib.
Xatırladaq ki, Hüseynbala Mirələmov uzun illər hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edib.