• 23 Noyabr 2024 07:58

Tacikistan atəşkəsi pozdu – Qırğızlar arasında qurbanların sayı 18-ə çatdı

Qırğızıstan və Tacikistan arasında əldə olunmuş atəşkəs barədə razılaşma yenidən pozulub.

Xarici KİV-ə  xəbər verilir ki, atəşkəsi Tacikistan tərəfinin pozduğu bildirilir.

Məlumata görə, Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında yenidən başlayıb. Qırğızıstan sərhəd agentliyinin məlumatına görə, Tacikistan tərəfi sərhədin bütün perimetri boyu qırğızların mövqelərinə hücum edib.

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin direktoru Ularbek Şarşeyevlə Tacikistan Milli Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarının komandanı Rajabali Rahmonali arasında telefon danışığı olub.

“Danışıqlar zamanı sərhəd idarələrinin rəhbərləri saat 10:00-dan (Moskva vaxtı ilə 7:00 – red.) atəşkəs barədə razılığa gəliblər. Ancaq Tacikistan tərəfi Qırğızıstan mövqelərini atəşə tutmaqda davam edir”, – deyə Qırğızıstandan verilən məlumatda bildirilib.

Tacikistan da öz növbəsində qırğız sərhədçilərini sərhəd zastavasını yaşayış məntəqələrini atəşə tutmaqda ittiham edib. Tacikistanın Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, bir tacik sərhədçisi həlak olub, 3-ü yaralanıb.

Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, Tacikistanla sərhəddəki münaqişədə Qırğızıstanın qurbanlarının sayı 18 nəfərə çatıb.

Tacxeber.az

Oxşar xəbərlər