Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olundu
Xalq şairi Nəriman Həsənzadə Bakı Sağlamlıq Mərkəzində (BSM) əməliyyat olunub.
BSM-dən Moderator.az-a verilən məlumata görə, 93 yaşlı şair, dramaturq yanvarın 12-si axşam saatlarında tibb müəssisəsinə müraciət edib.
Qeyd olunub ki, müayinə zamanı pasiyentə tətbiq olunan ablasiya proseduru əsnasında altda öz ürək ritminin olmadığı aşkarlanıb və qısa müddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulator taxılıb və müvəqqəti stimulator sonrasında eyni seansda daimi stimulyator implantasiyası proseduru icra olunub. Pasiyent bir neçə saatlıq reanimasiya müşayiətinin ardından intensiv palataya keçirilib”.