• 23 Noyabr 2024 04:12

İran Ermənistana silah-sursat və yüksək rütbəli zabitlər GÖNDƏRDİ

İran İrəvana silah sursat və zabitlər göndərib.

 

 

Təbriz Turan xəbər verir ki, İranın hərbi müşavirlərinin başçısı Sərdar İsmayıl Xəlilzadə, Həmzə düşərgəsində informasiya və əməliyyatlar rəhbəri Sərdar Əhmədi və İran ordusunun yüksək rütbəli komandirləri Ermənistanın təcavüzkarları ilə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, Sərdar Əhmədi İnqilab Keşikçiləri Korpusunun ən görkəmli kəşfiyyat və əməliyyat komandirlərindən biri olan Həmzə Bazasının məlumat və əməliyyatlarına cavabdehdir. Bir müddət Suriyada Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyatçılarına məsləhətçi vəzifəsində çalışıb.

Bəşər Əsədin qardaşının komandanlığı altında olan Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat bölməsi Suriyanın ən amansız və qaniçən qüvvələrindən biri hesab olunur və məhkəməsiz edamlar bu bölmə tərəfindən həyata keçirilirdi.

İndi muzdlu və satqın Sərdar Əhmədi Ermənistanın işğalçı ordusunu Azərbaycana qarşı növbəti dəfə gücləndirmək üçün Sərdar İsmayıl Xəlilzadənin rəhbərliyi altında hərbi müşavir kimi İİKK-nın bir sıra kəşfiyyatçıları ilə İrəvana uçub.

Həmçinin hesabatlar göstərir ki, bölgədə orduya məxsus pilotsuz təyyarələr də mövcuddur və İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xasavadakı raket sahəsi hazır vəziyyətdədir.

Qeyd edək ki, ötən günlərdə İranın hərbi hissələri mərkəzdən Azərbaycan Respublikasının şimal-qərbinə və sərhədlərinə göndərilib. /Konkret.az

Xuraman Etibarlı

Tacxeber.az

Oxşar xəbərlər