Qadınların orduya cəlb edilməsi üçün aqressiya lazımdır – Paşinyan
Ermənistanda qadınların hərbi xidmətə cəlb edilməsi prosesi son dərəcə ləng gedir.
Tacxeber.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Çətinliklərin olduğu aydındır. Amma qeyd etməliyik ki, əhalimizin əksəriyyətini qadınlar təşkil edir. Əgər onların potensialından tam istifadə etməsək, o zaman ölkəmizin inkişaf yolunu bağlayacağıq”, – Paşinyan bildirib.
O, müdafiə naziri Suren Papikyandan orduda xidmət edən qadınlarla işlərin necə getdiyini soruşub və nazir cavabında deyib: “Temp elə yüksək olmadığından nəticələrin yaxşı olduğunu deyə bilmərik, amma irəliləyiş olmadığını demək olmaz”.
Paşinyan əlavə edib ki, onlara ancaq həndəsi irəliləyiş lazımdır, ən azı 50-100 nəfərlik göstəriciyə çatmaq lazımdır. “Bəli, stereotiplərlə bağlı problemimiz var. Bu istiqamətdə hərəkət etmək üçün bizə aqressiv nəsə lazımdır”, – Paşinya qeyd edib.