“Dərmanların qiyməti getdikcə bahalaşır”
Aktrisa Cəmilə Tağızadə dərman qiymətlərinin bahalığından şikayətlənib.
Tacxeber.com xəbər verir ki, sənətçi insanların dərman alamağa gücü çatmadığını deyib:
“Hər şeyin bahalaşmasını bildik, amma dərmanların qiymətləri getdikcə kosmik olur. Elə insanlar var dərmansız qala bilmir və aylıq gəliri də aşağıdır. Bəs, bu insanlar necə çatdırsınlar? Olmaz ki, təqaüddə olanların dərmanlarına xüsusi endirim olsun? Evində övladı və köməyi olmayanların Allah köməyi olsun!