Niyam Salami dələduzluqda İTTİHAM OLUNUR
Müğənni Niyam Salami bir nəfəri aldadaraq 21 800 manat dəyərində malını mənimsəmədə ittiham olunur.
Tacxeber.com “oxu.az”a istinadla xəbər verir ki, Sumqayıt şəhər sakini E.Abbəkirov 2023-cü ilin avqust ayında Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami – red.) ondan 21 800 manat dəyərində kömür alıb pulunu verməməsini bildirib.
Faktla bağlı araşdırma aparılır.