Toyuq əti ilə bağlı narazılıq: “Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur”
“Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il 2023-cü ilə nisbətən ölkəyə mal ətinin idxalı 55,3%, quş əti və onun əlavə məhsullarının idxalında isə 39,6% artım müşahidə edilib.
Kifayət qədər toyuq əti ehtiyat olduğu halda, niyə 2-ci və 3-cü sort toyuqlar ölkəmizə idxal olunur?”-, deyə qida mütəxəssisi Yusif Həkim bildirib.
Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, mütəxəssis bundan əvvəl də ölkəmizə idxal olunan toyuq əti ilə bağlı narazılığını bildirmişdi. O damazlıq toyuqların broyler adı ilə, yumurtalıq toyuqların isə “kənd toyuğu” adı ilə satıldığını bildirmişdi.