• 21 Yanvar 2025 00:51

Rusiya hərbçilərinin Azərbaycan sərhədindəki kazarmaları söküldü

Rus ordusu Ermənistanın Azərbaycanla sərhədi tərk edir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sarkisyanın sözlərinə görə, artıq 4-5 gündür, ruslar Voskepar (Qazax rayonunun Aşağı Əskipara kəndi ilə sərhəd) kazarmalarından texnikanı yığışdırırlar.

 

“Artıq 4-5 gündür ki, yük maşınları Voskepar kəndinin inzibati ərazisində dövlətlərarası avtomobil yolunun kənarında dayanır. Onlar sökülən rus kazarmalarının modullarını daşıyırlar. Voskepara sakinləri bu modulları hara apardıqlarını bilmirlər, bəziləri onları Ararata, bəziləri isə Rusiyaya apardıqlarını düşünürlər”, – o qeyd edib.

 

Rusiya hərbçiləri Azərbaycanın sərhəd kəndi Voskepara 2021-ci il avqustun əvvəlində gəliblər. Rus hərbçiləri orada yığma modullardan kazarma tikiblər.

 

Güman edilirdi ki, Rusiya hərbçiləri Azərbaycanla sərhədin bu hissəsində sərhədin demarkasiyası prosesində iştirak etməli idilər, lakin onlar iştirak etməyiblər.

Tacxeber.com

Oxşar xəbərlər