Göz makyajını təmizləmədən yatanlara xəbərdarlıq: Kor qala bilərsiniz
Əgər siz də gecə yatmazdan əvvəl gözlərinizdəki makyajı təmizləmirsinizsə, bu, fəsadlara səbəb ola bilər.
Tacxeber.com xəbər verir ki, bu barədə nutrisioloq Aytən Xaqan xəbərdarlıq edir. Onun sözlərinə görə, təmizlənməyən maskara gözlərinizdə iltihab yarada bilər:
“İstər tərkibi kimyəvi maddələrlə dolu , istərsə də təmiz tərkibli maskara olmasından asılı olmayaraq makyaj yatmazdan öncə mütləq təmizlənməlidir, əks halda fəsadları ağır ola bilər.
Qeyd edək ki, bir müddət əvvəl avstraliyada yaşayan Tereza Lynch 25 ildir gözlərinə çəkdiyi maskaranı təmizləmədən yatdığı üçün kor qalmaq təhlükəsi ilə üzləşib. Əvvəllər sadəcə gözündə bir qədər diskomfort hiss edən qadın illər ərzində pisləşib. Onun gözləri get-gedə ağrımağa başlayıb, eyni zamanda gözünə nəsə batırmış hissiyatı yaranıb. Xəstəxanaya gedən qadının göz qapaqlarının altında maskara qalıntılarından yaranan qara toplaşıb. 1.5 saat davam edən cərrahi əməliyyatla qadının gözləri təmizlənib.