Duqin: Trampa qarşı bu addım vətəndaş müharibəsinə səbəb olacaq
ABŞ prezidenti Donald Tramp yeni “Trampizm” ideologiyasının simvoluna çevrilib və siyasətçiyə qarşı yeni sui-qəsd cəhdi halında hər şey ölkədə vətəndaş müharibəsinə səbəb ola bilər.
Tacxeber.com xəbər verir ki, bunu rusiyalı politoloq və Putinin fikir atası hesab edilən Aleksandr Duqin deyib.
“Trampizm hazırda Amerika cəmiyyətində yüksələn xətt üzrə davam etməkdədir. Trampizmi, sadəcə, sui-qəsd cəhdi ilə aradan qaldırmaq mümkün deyil. Bu, artıq reallıqdır”, – politoloq bildirib.
Duqin əmindir ki, Trampa qarşı istənilən radikal qərar ABŞ-də vətəndaş müharibəsinə səbəb olacaq.