Kəramət Böyükçöl Azərbaycandan gedir? – “İlim-ilim itmək…”
“Dəfələrlə Azərbaycandan çıxıb getmək istəmişəm. Bu barədə əvvəllər çox yazırdım. Amma sonra anladım ki, getmək istəyən adam yazmır. Sənəd-zad işlərini həll edib gedir”.
Tacxeber.com xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl sosial şəbəkədə yazıb. O, bildirib ki, bu haqda daha çox getmək istəməyənlər yazır.
Yazıçı qeyd edib ki, əslində ölkədən getmək onun üçün çətin bir məsələ deyil: “Yəni hansısa bir ölkədə yerləşmək mənim üçün çox rahatdır. Daha Avropadan status paylaşmağa getmək yox e… Mən elə istəmirəm. Belə getmək olmur.
Əsl getmək ilim-ilim itməkdir. Hər şeyi və hamını unutmaq və unudulmaq. Bir də illər keçəndən sonra saçların ağappaq qayıdırsan. Qarşına tanış bir adam çıxır. Özünü təqdim edirsən. Ooooo deyib boynunu qucaqlayır. Oturub ondan ölən adamlar haqqında soruşursan. Necə öldü? Filankəs hardadı, yaşayır?