• 23 Yanvar 2025 22:27

Murad Arifdən nazirliyə: Balalarımız təcrübə dovşanı deyil

Tanınmış müğənni Murad Arif Azərbaycan dili ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edib.

 

Tacxeber.com xəbər verir ki, ifaçı hesab  edir ki, ibtidai sinif yaşındakı uşaqlar üçün rus bölməsi qapadılmalıdır:

 

“Əgər hörmətli Elm və Təhsil Nazirliyi şagirdlərə Azərbaycan dilini öyrətmək istəyirsə:

 

1. Rus sektorunda Azərbaycan dili fənn olaraq gücləndirilsin! Həftədə 4 dəfə keçirilsin və s.
2. İbtidai siniflər üçün rus sektoru bağlansın! 4-cü sinifə qədər hamı ölkənin dilinə yiyələnsin, 4-cü sinifdən sonra istəyən rusca, istəyən yaponca oxusun.

 

Amma rus bölməsinə Azərbaycan tarixini Azərbaycan dilində tədris etmək yalnız bir nəticə verəcək – uşaqlar tariximizi bilməyəcəklər. Bu qədər bəsit. Balalarımız təcrübə dovşanı deyil!”,- deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər