• 24 Yanvar 2025 00:51

Bələdiyyə seçkilərinə namizəd əngəllərlə üzləşdiyini deyir

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 

 

23 saylı Nəsimi-Səbail dairəsindən namizəd Cəmilə Əlişeva deyir ki, o, dekabrın ortalarında namizədliyini verib və ilk gündən etibarən əngəllərlə, kobud rəftarla üzləşir.

Dediyinə görə, namizədliyini verdiyi ilk gün ona: “Bura sizi kim göndərib?” – sualı verilib.

 

Daha sonra Dairə seçki komissiyasının sədri Ağabala Quliyev ona tələbə olduğu üçün namizəd ola bilməyəcəyini deyib. Ona görə də təhsil aldığı universitetdən arayış gətirməsini tələb edib.

Əlişeva belə bir maneənin olmadığını öyrəndikdən və bunu bildirdikdən sonra isə ona qarşı bürokratik əngəllər yaradılıb.  Namizədin sözlərinə görə, şəxsindən o qədər lazımsız bank sənədləri tələb edilib ki, bu məsələyə hətta bank əməkdaşları belə təəccüblənib.

 

Bank əməkdaşları ona indiyə qədər belə bir halla üzləşmədiklərini deyiblər.  C.Əlişeva bildirir ki, əngəllər bununla da yekunlaşmayıb.

Namizədin vəkili rəsmi nümayəndəlik vəsiqəsini götürmək istəyərkən Ağabala Quliyev bundan imtina edib.  Yalnız namizəd məsələylə bağlı etiraz aksiyası keçirdikdən sonra rəsmi nümayəndə vəsiqəsini ala bilib.

 

Cəmilə Əlişeva deyir ki, müşahidəçilər ərizə və digər sənədləri Dairə seçki komissiyasına təqdim edərkən yenə imtina ilə üzləşiblər.

Onlara limitin dolduğu bildirilib.

Onun sözlərinə görə, Ağabala Quliyev əraziyə post patrul xidmətinin əməkdaşlarını çağıracağı və onu həbs etdirəcəyi ilə hədələyib. (Meydan.tv)

 

Tacxeber.com

Oxşar xəbərlər