Şəmsi Səmədzadə danışdı: “Oyun qurmuşdular…” – Video
Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.
“Yeni Sabah”ın verdiyi xəbərə görə, yerli mediada Səmədzadənin bir neçə gün əvvəl həbsdən çıxdığı bildirilsə də, o ötən il dekabrın sonunda azadlığa buraxılıb.
Şəmsi Səmədzadə Ajans.az-a müsahibə verib. O, bildirib ki, həbsinin detalları və səbəbləri barədə danışmaq istəmir:
“Bu məsələni artıq arxada qoymuşam. Həyatımı yenidən qurmağa və işlərimə davam etməyə fokuslanmışam,” – deyə iş adamı qeyd edib.