• 23 Noyabr 2024 07:23

“Şəhid ailələrinin kədəri hamımızın kədəridir” – Mübariz İbrahimovun atası

“Şəhid ailələrinin kədəri hamımızın kədəridir” – Mübariz İbrahimovun atası

“Şəhid ailələrinin kədəri hamımızın kədəridir” - Mübariz İbrahimovun atası

Tacxeber.az “Bilesuvarinfo”ya istinadən xəbər verir ki, bu sözləri Milli Qəhrəman Mübariz İbrahimovun atası Hacı Ağakərim İbrahimov deyib.

O bildirib ki, xalqımız dünyanın 30 il göz yumduğu ədalətsizliklə barışmayaraq, yüzlərlə qəhrəman övladlarının qanı bahasına öz haqqına sahib çıxdı: “Düşmən məğlubiyyətini qəbul etdi, kapitulyasiya aktını imzaladı. Ancaq az qala iki il olsun, ermənilər üzərinə düşən öhdəliyə əməl etmir, yenə qarşıdurmaya səbəb olur. Ən sonda sərhəddə törətdiyi təxribata igid əsgərlərimiz qətiyyət nümayiş etdirib, onlara sarsıdıcı zərbələr vurub, ciddi itkilərlə geri otuzdurub, kifayət qədər geniş hakim yüksəkliklərə sahib çıxıb. Düşmənlərimiz və onların havadarları, qol-qanad verənləri bilməlidir ki, biz bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşib, torpaqlarımızın bütövlüyü uğurunda hər an mübarizəyə hazırıq”.

Oxşar xəbərlər