• 30 Yanvar 2025 21:28

“Tacir kimdir ki, Bayatı-Şirazın improvizasiyasını yazsın”

“Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayev açıqlaması ilə diqqət çəkib.

 

Tacxeber.com xəbər verir ki, “AStar” layihəsinə danışan bəstəkar müğənni Tacir Şahmalıoğlunun “Bayatı-Şiraz” mahnısını özünün bəstəsi kimi təqdim etməsinə etirazını bildirib.

 

O ifaçının bu hərəkətini qınayıb. Onun sözlərinə görə, Tacir qatıldığı bütün tədbirlərdə bu ifanı özünün bəstələdiyini bildirir.

 

“Tacir kimdir ki, Bayatı-Şirazın improvizasiyasını yazsın” – deyə Murad Rzayev qeyd edib.

 

Murad Rzayev Tacirin 6-7 yaşlarında sadəcə bu mahnını ifa etdiyini, lakin improvizasiya etmədiyini vurğulayıb. (baku.ws)

Tacxeber.com

Oxşar xəbərlər