Corciya Meloni barəsində istintaq başladı
İtaliyanın Baş naziri Corciya Meloni və Nazirlər Kabinetindəki bir sıra şəxslər barəsində istintaq başlayıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, Baş nazirlə yanaşı, ədliyyə naziri Karlo Nordio, daxili işlər naziri Matteo Pyantedozi, Nazirlər Kabinetinin katibi Alfredo Mantofano barəsində istintaq aparılır. Buna səbəb Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi liviyalı yüksək rütbəli hərbçi Üsamə Əlməsri Njimin İtaliyada saxlanılması və sonra sərbəst buraxılmasıdır.
Meloni cinayətdə iştirak və dövlət vəsaitlərini mənimsəmək ittihamı ilə istintaqa cəlb olunduğunu deyib. “Şantaja boyun əyməcəyəm, təhdid edilməyimə imkan verməyəcəyəm. Bəlkə də buna görə İtaliyanın dəyişməsini və yaxşılaşmasını istəməyənlər məni sevmirlər”, – Baş nazir deyib.